Sabit yazı

Yarpaqsız ağaclara oxşayan biz

Payız vaxtı səhər tezdən parkları gəzməyi çox sevirəm. Yayda nə qədər yaşıl və yer isti olsa da göydəki isti, adamı kondisioner əsiri edir deyə çölə burnunu belə çıxarmaq belə istəmirsən. Üstəlik mənə elə gəlir ki, yay insanların sadəcə yola verməyə çalışdıqları fəsildir. Hamı axşamı, sərin olmasını gözləyir. Eyni zamanda yağacaq yağışı, sərin payızı. Həə, yaydan zəhləm getməsini bəzədiyimə görə mövzuya qayıda bilərəm. Mən kənddə böyümüşəm. … Yarpaqsız ağaclara oxşayan biz oxumağa davam et

Lev Tolstoy – İvan İliçin ölümü

Bu kitab bəlkə də 200 il öncə indiki anı xəbər verən kitab kimi qiymətləndirilə bilər. Yaxud da insan övladı fitrətən minilliklər boyu bu şəkildə davranıb bir-birinə. Əsər dövlət məmuru olaraq çalışan İvan İliçin yataqda xəstə halda əzraillə boğuşması ilə başlayır. Müəllif bu sayədə vəziyyəti daha yaxşı təsəvvür etmək üçün imkan əldə edir. Yoldaşı və qızı, tamam başqa maraqlarla günlərini axşam edərkən, canını tapşırmaqda olan İvana … Lev Tolstoy – İvan İliçin ölümü oxumağa davam et

Həyatımızı kim dizayn edir?

Hər birimiz gün ərzində müxtəlif insanlara qarşı, fərqli şəkillərdə davranırıq. Ancaq çox zaman bunun heç fərqində belə olmuruq. Kimisə bəyənməyimiz yaxud, bəyənməməyimiz sadəcə istəyimizə bağlıdır deyə düşünürük. Bəs əslində proses necə baş verir? Bildiyiniz kimi psixoloq olaraq peşəkar fəaliyyətimə uşaq və yeniyetmələrlə çalışaraq başlamışam. Daha təcrübəsiz olanda nə qədər oxusam da, arzuolunmaz situasiyaların səbəbkarı kimi uşaqları görürdüm. Yəni daha çox gördüklərim əsasında qərar verirdim. Vaxt … Həyatımızı kim dizayn edir? oxumağa davam et

Uşaqlar nədən qorxur?

      Qorxu – qavranılan təhlükədən qaçma davranışıdır. Normal inkişafın bir hissəsi olaraq, insanı təhlükədən qoruyan müdafiə mexanizmidir. Yaş artımı ilə qorxular da dəyişir.       Körpəlik dövründə bu qorxular, yüksək səs, parlaq işıq, tanımadığı insanlar kimi ani, yeni və bilinməyən nəsnələrə qarşı qorxulardır.       Məktəbəqədər (3-6 yaş) yaş dövründə əsasən qaranlıq, tək qalmaq, ölüm , bədəninə ziyan dəyməsi, xəyali varlıqlar … Uşaqlar nədən qorxur? oxumağa davam et

Autizm, korona virus və fərdiyyət

Yanvarın biri il təzələndə sevinən insanlar yəgin ki, nəyə sevindiklərini bilmirdilər. Təkcə bu il yox, hər il bu ritual təkrarlanır. Bəziləri şüurlu şəkildə niyəsini axtarır, başqa bir qrup isə birdəfəlik rədd edir. İndi isə həmin sevinən kəsim bir balaca sorğulamaq üçün vaxt qazanıb. Vaxt indi o qədər çoxdur ki, istirahət etmək istəyirəm deyən adamlar da artıq istirahətdən yorulub. Başqa bir məqam isə aprel ayının özü … Autizm, korona virus və fərdiyyət oxumağa davam et

Bəyaz zanbaqlar ölkəsində – Qriqoriy Petrov

“Hər kəs həyat şəraitinin ağırlığından, qarşılaşdığı problemlərdən, həyatın bilinməzliyindən danışır, ancaq həyatı nizama salmaq və yaşana bilən hala gətirmək üçün heç kim, heçnə etmək istəmir. Elə bil hamımız həyatdan kənarda qalan izləyicilərik, sonsuz səlahiyyətli hakimlər kimi vəzifələndirilmişik: Hamı böyük işlər, böyük şəxsiyyətlər, böyük sevinclər tələb edir, ancaq özünü və çevrəsini saran bayağılığın, cahilliyin və heçliyin üstünə bir addım belə getmir. İnsanlar nə bahasına olursa-olsun, borclarını … Bəyaz zanbaqlar ölkəsində – Qriqoriy Petrov oxumağa davam et

Günümüzün paradoksu – Kapitalist cəmiyyətindəki ailədə hökm sürən sosialist rejim

Bu gün biz hələ gənc dövlət sayılırıq. Müstəqilliklə bərabər eyni zamanda sosial-iqtisadi rejimimiz də tamamilə dəyişdi. Rəssama, müəllimə, fəhləyə, məmura eyni gözlə baxan bir sistemdən hər şeyə, hər sənət sahibinə fərdi şəkildə yanaşmağımızı tələb edən sistemi özümümüzə tətbiq etməyə çalışırıq. Bir yandan hər şeyi əllə etməyə öyrəşmiş adamlar artıq paltarını maşınla yuyur, məktubu vaxt gözləmədən anında bir toxunuşla özü də limitsiz olaraq göndərir, artıq uzaqdakı … Günümüzün paradoksu – Kapitalist cəmiyyətindəki ailədə hökm sürən sosialist rejim oxumağa davam et

Tolstoy qaçdı, biz qaça bilmirik

“Sevgini dağıtmaq üçün iblislərin hamısının birlikdə nə vaxtsa fikirləşib tapdıqları cəhənnəm ixtiralarından ən məhv ediciləri – qınamaq və məhv etməkdir. Onlar səhvsiz təsir edirlər, kral gürzəsinin sancması kimi, onlar həmişə məhv edir, həmişə öldürürlər.” Qraf Lev Tolstoyun həyat yoldaşı bunu başa düşəndə gec idi. Ölümündən qabaq o, qızlarına etiraf etdi: “Sizin atanızın ölümündə günahkar mənəm”. Qızları cavab vermirdilər. İkisi də ağlayırdı. Onlar bilirdilər ki, anaları … Tolstoy qaçdı, biz qaça bilmirik oxumağa davam et

Rəqəmsal insan

Ətrafımızdakı hər şey bir birinə o qədər qarışıbki , yazacağım mövzu aydın olsada haradan başlamalı olduğuma çətin qərar verdim. Fikirlər uçur sözlər isə piyada gedir. İlk paradoks burda yaranır. Texnologiya nə qədər həyatımızın bir hissəsinə çevrilsədə , işlərimin çox hissəsini gorsədə nə fikir sürətinə çatan sürətli bir cihaz , nə də göz pikselinə çata biləcək bir fotoaparat mövcud deyil hələki. İlk baxışdan fikirlərin beynimizdə belə … Rəqəmsal insan oxumağa davam et