Sabit yazı

Psixologiya pislikləri leqallaşdırır?

“Psixologiya çıxdı, mərdlik pozuldu”“Psixologiya pisliklərə haqq qazandırır”“Hər kəs öz pis xislətinə bir xəstəlik adı qoyub” Son dövrlərdə bu tərzdə yazı və başlıqları tez-tez görürəm. Əksər lazımlı şeylər kimi Psixologiya da ölkəmizdə, yanlış şəkildə mənimsənilir. “Psixoloqlar adamın beynini oxuyur”, “61 saniyədə insan tanımaq”, “Psixoloqun özünün psixoloqa ehtiyacı varsa o necə psixoloqdur?” tərzində yanaşmalar məsələyə ağ-qara baxdığımızın göstəricisidir. Əslində isə Psixologiya insan inkişafını, hamiləlik dövründən etibarən, ölümünə … Psixologiya pislikləri leqallaşdırır? oxumağa davam et

Sabit yazı

10 may psixoloqlar günü?

10 may psixoloqlar günü.Bu gün əslində heç psixoloqlar günü deyil. Türklər EFPA təklif edib, amma bir nəticə almamaqlarına rəğmən keçirməyə davam etdikləri bir gündür. Bizdə də artıq davamlı hala gəlib. Bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da bu sektorda müəyyən problemlər var. Ancaq bizdəki problemlərin əksəriyyəti digər ölkələrdə yoxdur. Psixoloji xidmət haqqında qanun deyə bir şey imzalanıb. Ancaq ortada icra edəcək bir qurum yoxdur. Bu … 10 may psixoloqlar günü? oxumağa davam et

Həyatımızı kim dizayn edir?

Hər birimiz gün ərzində müxtəlif insanlara qarşı, fərqli şəkillərdə davranırıq. Ancaq çox zaman bunun heç fərqində belə olmuruq. Kimisə bəyənməyimiz yaxud, bəyənməməyimiz sadəcə istəyimizə bağlıdır deyə düşünürük. Bəs əslində proses necə baş verir? Bildiyiniz kimi psixoloq olaraq peşəkar fəaliyyətimə uşaq və yeniyetmələrlə çalışaraq başlamışam. Daha təcrübəsiz olanda nə qədər oxusam da, arzuolunmaz situasiyaların səbəbkarı kimi uşaqları görürdüm. Yəni daha çox gördüklərim əsasında qərar verirdim. Vaxt … Həyatımızı kim dizayn edir? oxumağa davam et

Çətin xəstələrlə Psixoterapiya

Müasir dövrdə ən çox ehtiyac olan xidmət sahələrindən biri də “psixoloji ximdət”dır. Gərgin iş qrafiki, amansızlaşan sosial- iqtisadi münasibətlər fonunda insanların psixoloji xidmətə ehtiyacları günbəgün artmaqdadır. Psixoloji xidmət sahələrindən ən geniş yayılmış, daha çox müraciət olunan növü psixoterapiyadır. “Psixoterapiya”nı sadə dillə ifadə etməli olsaq, psixoloji müalicə prosesidir. Bu psixoloji müalicə prosesini isə “psixoterapevt” aparır. Psixoterapiyaya müraciət edən şəxslərin çox olsa da, prosesdə iştirak etmək istəməyən … Çətin xəstələrlə Psixoterapiya oxumağa davam et

Psixoloqa nə üçün müraciət etməliyik?

Günümüzdə insanları əhatə edən vasitə və insanlar çoxaldıqca, onların problemləri də artır. Bu problemlərin artması da öz növbəsində təcili həllər tələb edir. Maddi problemləmlərlə yanaşı insanı yoran digər bir məsələ psixoloji gərginlikdir. Buna əsas səbəb kimi informasiya yüklənməsi, maddi və mənəvi tələbatların ödənilməməsi, digərləri tərəfindən damğalanma, əhatəsində olan insanlarla qarşılıqlı anlaşılmazlıq və sair göstərə bilərik. Bu kimi məsələlərdən isə bir başa psixoloqlar sorumlu tutulur. İnkişaf … Psixoloqa nə üçün müraciət etməliyik? oxumağa davam et

Autizm

513419514

Autızm nədir? Autizm, erkən yaş dövründə başlayan, həyat boyu davam edən, sosial münasibətlər və inkişaf sferasında problemlərin olması ilə müşayiət olunan neyro-psixiatrik pozuntudur. İlk dəfə bu diaqnoz elmə Amerika psixiatrı Leo Kanner tərəfindən 1943- cü ildə gətirilmişdir.Autizm, ictimai və ünsiyyət bacarıqlarının meydana gəlməsinə təsir edən bir inkişaf pozuntusudur. Ümumiyyətlə,2008-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2 aprel bütün dünyada “Dünya Autizm Məlumatlandırılması günü” olaraq qəbul edilmişdir. Autizm sindromunun dəqiq səbələri elmə məlum deyil. Ən çox qeyd olunan səbəblər arasında genetic faktorlar,beynin organic çatışmazlığı, ekoloji faktorlar, hamiləlik zamanı ananın yaşadığ fiziki və ya mənəvi travma, yeni doğulan körpənin anadan yetərincə sevgi və nəvaziş görməməsi aiddir. Dünya əhalisinin 1 faizi autizmdən əziyyət çəkir. Autizmli uşaqlar xarici görünüşə görə normal uşaqlardan fərqlənmir.

Əlamətləri: Autizm diaqnozu qoymaq çətin olsa da, 12-18 aylar arasında bəzi göstəricilər özünü büruzə verir. Autizmin daha erkən fərq edilməməsinin səbəbi doğum və doğum sonrası uşaqda hər hansı bioloji geriliyin görülməməsi və uşağın sağlam, normal inkişaf etməsidir. Bunun üçün valideynlər normal inkişaf gedişatını müşahidə etməli, yaçıdlarından fərqli olan inkişaf xüsusiyyətlərin fərqinə varmalıdırlar. Ancaq hər bir uşağın inkişafının fərdi olduğunu bilməli və inkişaf sürətinin eyni olmadığını nəzərə almalıdırlar. İnkişaf gedişatında rast gəlinən ləngimə Autizm olduğunu göstərməz. Lakin şübhələrinizi həkimlərlə bölüşməkdə fayda var. 18 aylığında övladınız nə isə istəyəndə sizə baxmır və istədiyi əşyanı barmağı ilə göstərmirsə, sizing göstərdiyiniz yerə baxmırsa, əşyalarla “güya” ki oyunu oynamırsa; xahiş edirik ki , öz müalicə həkiminizə məhz elə bu gün müraciət edəsiniz!

Autizmin davranış simptonları

Sosial, kommunikativ, ritual (qəribə) davranış, motorika, sensor yükləmələr, hisslər, özünə ziyanvermə, təhlükəsizlik.

-Sosiallaşma problemi

–başqa uşaqların oyunlarına maraq göstərməyə bilər

–bacı-qardaşı ilə münasıbətdə qəddar davrana bilər

–çarpayıda tək qalıdqa anasını çağırmaq əvəzinə qışqırır

–valideynlərin işə getməsinə və qayıtmasına fikir vermir

–qarşılıqlı əlqaə tələb edən oyunlarda iştirak etməyə bilər

–valideynləri onu qucağında tutduqda, qucaqladıqda yaxud öpdükdə buna hər yolla mane olmağa çalışır

 

Kommunikativ (ünsiyyət) problemlər

–Autizmdən əziyyət çəkən uşaqlar ətraf şəraiti hiss etmir və visual əlaqə yaratmaqda çətinlik çəkirlər. Bundan irəli gələrək elə görünə bilər ki, uşaqların ünsiyyət qurmağa tamamilə marağı olmur. Onlar nəyəsə ehtiyac duyduqda daha çox “əl yönəltməsi”ndən istifadə edirlər: uşaq valideynin əlini özünün ehtiyac duyduğu əşyanın üzərinə qoyur və buy olla valideyn və ya böyükdən öz istəyinə çatmaq üçün alət kimi istifadə edir. İnkişaf prosesi normal gedən uşaqlar ehtiyacları barədə verbal (sözlərlə) və ya qeyri-verbal yolla (əşyanı göstərməklə) xəbər verirlər.

–ətraf şəraiti hiss etmir

–vizual əlaqədən yayınır

–böyüklərin əlindən istifadə edir, onu yönəldir

Qəribə/Təkrarlanan davranışlar

–müxtəlif vasitələrlə öz bədənin sıxılmasına can atır

–ifrazatını hər yerə yaxır

–bədənini güclü dərəcədə qıcıqlandırmağın yollarını tapır

Motorika

–Kiçik motorika problemləri

–pis koordinasıya

–ayaq barmaqlarının ucunda yerimə

–fəza qavramanın defisiti

–yöndəmsizlik yaxud mükəmməl tarazlıq

–ağız suyu axıdır

Sensor yüklənmələr

–Autizmdən əziyyət çəkən uşaq cürbəcür səslər, küy, əşyaların səthi həmçinin yeni təəssürat və yeni şəraitə qarşı həssas ola bilər. Sensor yüklənmələrin sayı çox olarsa, davranış təhrif olunması ehtimalı da bir o qədər yüksəkdir.

–saçının qırxılmasına imkan vermir

–təhlükəsizlik kəməri ilə bağlanmış halda oturmağı sevmir

–yeni təəssüratları, yaxud bayramlardan olan təəsüratları sevmir

–su prosedurlarından qətiyyən imtina edir

–adi ev şəraitində mövcud olan qoxulardan ürəkbulanma hiss edir

–musiqi səsinə güclə tab gətirir

–əşyaları üzünə çox yaxın tutaraq fırladır

–bəzi hallarda eşitmə əngəlli kimi görünə bilər, çünki yüksək səslərdən diksinmir, ama bununla belə, digər hallarda eşitmənin normal olduğu hiss oluna bilər

–qış fəslində isti paltarları həvəssiz geyinir

–paltar dəyişməyi xoşlamır

–öz paltarlarını cıra bilər

–yay fəslində inadla tələb edirki, ona qış paltarı geyindirsinlər

Özünə xəsarət yetirmə

–başını hara gəldi çırpır

–özünü dişləyir,bu zaman ağrı əlamətləri göstərmir

–öz dərisini qaşıyıb cırmaqlayır

–öz saçını yolur

Təhlükəsizlik məsələləri

–təhlükə anlayışı yoxdur

–əzilə və ya yaralana biləcəyi situasiyanı hiss edə bilmir

–yüksəklik qorxusu yoxdur

Yanaşı xəstəliklər:

–Mədə-bağırsaq sisteminin pozulması

–ehtiyac olduqda qastroeneroloqa müraciət etmək tövsiyyə olunur

–ishal

–nəcisdə həzm olunmamış qıda

— qəbizlik

–bilərəkdən yemək məhdudlaşdırma, hədsiz qidalanma

–Yuxu pozulması

–uşaqlar bir neçə gün ərzində ayıq qala və bu zaman qətiyyən yatmaq ehtiyacı duymaya bilərlər. Gecəni gündüzdən ayırmaya bilərlər. Çox çətin yuxuya gedib tez-tez oyana bilərlər.Çox  qısa zaman ərzində, 1-2 saat yata bilirlər. Nəticə olaraq isə valideynlər yuxusuz qalır.

–Qıcolmalar

–qıcolmaları müşayiət edən patologiya yaş artfıqca çoxalır.Etiologiyası naməlumdur.

Autizmin ailəyə təsiri

-Autizmli uşağı olan ailə üçün adi həyat tərzi sürmək mümkün olmaya bilər. Beləki onlar rahat alış veriş etmək, normal yuxu rejimi, yemək hazırlama, tətil, evdən kənarda ziyafət, kino, dostları ziyarət kimi gündəlikdə olan işlərdən uzaq qala bilərlər. Valideynlər və qardaşlar bacıların  gərginliyi çox yüksək ola bilər. Yaxşı olarki, onlar yerli psixoloji dəstək qrupuna yönəldilsinlər.

 

Valideynlər nə etməli?

Əgər uşağın inkişafında hər hansı ləngimələr olduğunu hiss edirsinizsə, testləşdirmə üçün erkən müdaxilə üzrə mütəxəssisə (uşaq psixiatrı) müraciət edin. Uşağın xüsusiyyətlərin  asılı olaraq erkən müdaxilə üçün psixoloq, loqoped, və yaxud fizioterapevt tövsiyyə edilə bilər. Araşdırmalar göstərir ki, erkən intensive korreksiya təlimi uşaq və ailə üçün daha yaxşı nəticələnən inkişafa səbəb olur. Təməl strategiyanın məqsədi uşağa ətrafda baş verənlərə diqqət yetirməyi, ətraf mühitdə dəyişiklikləri görməyi, təqlidi öyrətməyi və bunun nəticəsi olaraq, ünsiyyət vərdişləri və s. inkişaf etdirməkdir.

 

Ailənin autik uşağına qazandırılması vacib olan əsas bacarıqlar

— Öyrənməyə hazırlıq bacarıqları

— Əlaqə qurma bacarığı

— Özünəqulluq bacarıqları

Şərait

Autik uşaqların özlərini rahat hiss etdiyi yer evidir.onu ən yaxşı tanıyanda ailəsidir.Əgər ona hər hansı təlim keçiləcəksə bu onların davranışlarının ortaya çıxdığı ev ortamında və onun ən yaxşı tanıdığı adamların dəstəyi ilə mümkündür.

Vəsaitlər

Uşağınızın özünü rahat hiss etdiyi ev həmdə onun üçün təlim yeri olmalıdır.evinizin quruluşu uşağınız ailə üzvləriniz və özünüz üçün zövq verici olmaqla bərabər uşağınızın maraq və ehtiyaclarına uyğun qurulmalıdır.Bu işi uşağın təlimçisi ilə aparmaq daha doğru olar.Uşaqla hər hansi bir fəaiyyət üçün bahalı oyuncaqlar almağınıza gərək yoxdur.bunu evdəki əşyalarla da edə bilərsiz( stəkan-nə işə yaradığı şəffaf incə və şüşə elementlərini təlimdə istifadə edə bilərsiz.yada portağal-meyvə olması yeyilməsi rəng və s elementlər)

 

Bacarıq öyrədərkən diqqət ediləcək nüanslar.

1.Təlim vaxtı (ilk başda 3-5-7 dəqiqə olmaqla artan vaxt müddətində, gün ərzində 2 3 dəfə məşğul olmaq uyğundur.

2.Ətraf mühit ( təlim keçdiyiniz otaq nisbətən sadə, diqqət dağıtmayacaq şəkildə olsa, təlim daha effektiv olar)

3.Ardıcıllıq (təlim hər gün olmaqla günün eyni vaxtında məsələn hər gün saat 18 də )

4.Prioritetlər(yaşamında yeri və önəmi)

5.Uyğunluq ( ilk başda ona uyğun məşğələlər seçilməli. Yəni ilk başda əlifbadan ya da yazıdan başlaya bilmərik. Onun qavraya biləcəyi rənglər və ya bəzi isimlər ola bilər)

6.Ön şərtlər ( ailə və uşaq ev təliminə hazır olmalı, eyni zamanda uşağın bioloji ehtiyacları da bura daxildir.)

7.Mükafatlandırma

-Sözlü tərif

-Fiziki təmas

-Oyun və ya fəaliyyət

-Yemək və ya içki

-Əşya və ya oyuncaq

Bacarıq öyrədərkən edə biləcəyimiz yardım tipləri

-Fiziki yardım (əl ilə yardım)

-Fiziki yardımın geri çəkilməsi

-Model olma ( edəcəyi hərəkəti göstərmək)

-Model olmanın geri çəkilməsi

-Sözlü yönvermə (yalnız sözlü izah)

-Sözlü yönvermənin geri çəkilməsi

Öyrənməyə hazırlıq bacarıqları

1.Göz kontaktı qurma

2.Düzgün oturma

3.Sadə təlimatlara riayət

Əlaqə bacarıqları

  1. A) Sözlə əlaqə
  2. B) Danışmaq və dil inkişafı
  3. C) Sözsüz olan əlaqə

Özünəxidmət bacarıqları

      -Əl yuma və qurulama bacarığı

-Diş fırçalama bacarığı

      -Stəkandan su içmə bacarığı

-Qaşıqdan istifadə ilə yemək

      -Paltar geyinmə bacarığı

-Tualet təlimi

 

İstifadə edilmiş ədəbiyyat:

1.İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Sosial Xidmətlər Təşəbbüsü birgə layihəsi “Autizm üzrə vəsait” Kitabı Bakı 2014

2.T.C. Milli Eğitim Bakanlığı Özel Eğitim Rehberlik ve Danışma Hizmetleri Genel Müdürlüğü “Otistik çocukların eğitiminde aile el kitabı”

Mətni yazan: Murad Akifsoy – A.R. Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzi Psixososial Reabilitasiya Şöbəsinin Uşaq Psixoloqu

“Autizm” oxumağa davam et

Psixoloq Kimdir?

  Psixoloq kimdir ? Bizə necə yardım edə bilər? Psixoloq – özünü unutmuş, qarşıdakı insanın psixi zonasına yəni, ruhi zonasına girməyi bacaran bir sözlə hadisə və həyatın gedişatına həmin insanın ağlı, gözü və səviyyəsi ilə baxmağı baracan bir mütəxəssisdir.    Psixologiya ruh haqqında elmdir və psixika nədir, (ruh nədir) psixika anlayışına nələr daxildir, (yəni ruhi anlayışa nələr daxildir) bunları öyrənir. Ümumiyyətlə psixika və psixika anlayışının … Psixoloq Kimdir? oxumağa davam et