Sabit yazı

Bəlkə bitdim, təzədən…

Qəbrimi bulud sulasın,Bəlkə bitdim təzədən.Bir tək-tənha qurd ulasın,Bir şikəst quş ağlasın. Qəbrimi lap dərin qazın,Bir səs-səmir gəlməsin.Kim ağlasa, xısın-xısın,Yavaş-yavaş ağlasın. Bu misraları,Kamran Bilalov ciddi bir rok stilində qulaqlıqla bir başa beynimə qışqırır. Çox sevdiyim mahnıdır o öz yerində. Amma bu gün sanki xüsusi bir şey hiss edirəm. Hal-hazırda Dədə Qorqud parkındayam. Geştalt terapiyanın üçüncü modulunun son günüdür. Saat 6-ya işləyir. Gün batmaqdadır. külək də yoxdur. … Bəlkə bitdim, təzədən… oxumağa davam et

Sabit yazı

Qütb ulduzu

Həyətdəyəm. Nənəmin həmişə altındakı oturacaqda oturduğu xurma ağacı olan yerdə. Doğulduğum, həyatımın ilk 17 ilini tam, sonrakı 13 ilini isə epizodik olaraq yaşadığım həyətdə. Keçən yaydan etibarən burda olmamışam. 30 yaşımdan öncə gəldiyimdə hər yer yaşıl və rəngarəng idi. İndi isə ağaclarla bərabər sanki evdə çılpaq və yaddır. Ya da mənə elə gəlir. Hava çiskinlidir. Yağış yağır. Arada belə havalarda siqareti niyə tərgitdiyimi sorğulayıram. Çünki, … Qütb ulduzu oxumağa davam et

Sabit yazı

Serenad – Ömer Zülfü Livaneli

“Bu dünyada sənə pislik etmək istəyən insanlar çıxacaq qarşına, amma unutma ki, yaxşılıq etmək istəyənlər də çıxacaq. Bəzi insanların ürəyi qaranlıq, bəzilərinki isə aydınlıqdır. Gecə ilə gündüz kimi! Dünyanın pisliklərlə dolu olduğunu düşünüb küsmə, hər kəsin yaxşı olduğunu düşünüb xəyal qırıqlığına uğrama! Özünü qoru.., insanlara qarşı özünü qoru!” Bu sətirlər kitabda yazılan ən sevdiyim cümlələr ola bilər. Ancaq əsəri iki cümlə ilə ifadə etmək, həm … Serenad – Ömer Zülfü Livaneli oxumağa davam et

Sabit yazı

In the end

Saat 9 dur. Axşamın qaranlığı və bədbinliyi ilə bərabər bir neçə gün işdən gec çıxmağın yorğunluğu fonunda yağan yağış təkcə binaların, yolların yox, həm də mənim yorğun, bezgin düşüncələrimin üstünə də yağır. Qulağımda son səs Linkin Parkın “ın the end” mahnısı oxuyur. Zaqatalada doğulan bir Saxurun Bakıda roka qulaq asaraq yağışda islanması bir neçə saniyəlik özümə qəribə gəlsə də, olduğum əhval diqqətimi özünə çəkməyi bacarır. … In the end oxumağa davam et

Sabit yazı

Qeyri-adi ölüm?

Yarım saat olar, bloq üçün posterim hazırdır. Özümü aldadıram ki, güya mövzunu beynimdə birləşdirirəm. Açığı hamısı dünən axşamdan hazırdır. Amma bir az cəsarətim çatmırdı yazmağa. Arada insan olduğumu xatırlamaq yaxşı təsir edir adama. Mən də özümü insan olduğumu hiss etdiyim an başladım yazmağa. İnsan olmaq demişkən, biz bəni-Adəmlər (bəni ərəbcə övlad deməkdir) özümüz haqqında hər zaman yüksək fikirdə olan canlılarıq. Taa ki, bu canlılığımız sona … Qeyri-adi ölüm? oxumağa davam et

Sabit yazı

Sevmə əngəlli insanlar

Doğulduğu andan etibarən, “biz səni istəmirdik, nənən qoymadı abort etdirməyə”, “biz oğlan gözləyirdik”, “3 oğlandan sonra qız istəyirdik”, kimi fikirlərlə böyüdüyünüzü düşünün. Ya da düşünməyin, bəlkə də artıq yaşamısınız. Belə bir mühitdə olan uşağın ilk hiss etdiyi şey nədir? Təbii ki, dəyərsizlik. Mən heç kimə lazım deyiləm. Heç bir işə yaramıram. Sevilməyim üçün onların istədiyi nələrsə etməliyəm. Daha sonra “Sən dərs oxumadığına görə səni cəzalandırıram.” … Sevmə əngəlli insanlar oxumağa davam et

Sabit yazı

İçimizi göstərən güzgülər

Təsəvvür edin, heç sevmədiyiniz eyni zamanda sizin karyera və həyatınız önəmli olan biri ilə görüşünüz var. Ürəyiniz yerindən qopacaq kimidir. Bir yerdə qərar tuta bilmirsiniz. Üstəlik o adam sizin onu sevmədiyinizi, hətta zəhləniz getdiyini də bilir. Tər basdı həə sizi? Ay Allah necə olacaq. Görəsən bu görüşlə mənə əngəl olacaqmı? Yoxsa peşəkar davranıb sadəcə prosesə fokuslanacaq? Ağlınıza min cürə ehtimal gəlir. Əksəriyyəti də fəlakət ssenariləridir. … İçimizi göstərən güzgülər oxumağa davam et

Sabit yazı

Kvan- mənim kitabım “hərəkət et!” Deyir.

Saat 22:24. Kitabı indicə bitirdim. Elə bilirəm kitabın icmalını və haqqındakı düşüncələrimi yazmasam Coşqun Kərimov səhər ofisə gəlib məni qəşəngcə danlayacaq. Onsuzda ikimizin də ofisi eyni mərtəbədə fərqli korpuslardadır. İndi də elə bilirəm, hardansa baxıb deyir ki, “Murad duxun da var yazma!” Yekəbaş düşündüyüm vaxtlarda elə bilirdim ki, Azərbaycanda yazan, yaza bilən, oxuyan yoxdur. Özümüzə yaxşı şeylər layiq görməməyin özgüvən əskikliyi olduğunu psixoloq olaraq bilirəm. … Kvan- mənim kitabım “hərəkət et!” Deyir. oxumağa davam et

Sabit yazı

Bax gör Təzə nə var ?

Sakitcə oturmuşam. Kitab oxuyuram. Hava küləklidir, evə sərinlik gətirir deyə pəncərəni açmışam. Amma buna görə məhlədəki səsləri də bonus olaraq evdə eşiirəm küləklə birgə. Ona görə hər zaman fokuslanmaq üçün istifadə etdiyim musiqi qulağımdadır. Kitabın bir fəslini bitirmişəm. Növbəti fəslə keçənə qədər gözüm kiçik bir fasilə elan etdi. Elə bu an ağlıma bir sual gəldi “Telefona bax gör, kimsə nəsə yazmayıb ki?” baxdım, heç nə … Bax gör Təzə nə var ? oxumağa davam et