Bəyaz zanbaqlar ölkəsində – Qriqoriy Petrov

“Hər kəs həyat şəraitinin ağırlığından, qarşılaşdığı problemlərdən, həyatın bilinməzliyindən danışır, ancaq həyatı nizama salmaq və yaşana bilən hala gətirmək üçün heç kim, heçnə etmək istəmir. Elə bil hamımız həyatdan kənarda qalan izləyicilərik, sonsuz səlahiyyətli hakimlər kimi vəzifələndirilmişik: Hamı böyük işlər, böyük şəxsiyyətlər, böyük sevinclər tələb edir, ancaq özünü və çevrəsini saran bayağılığın, cahilliyin və heçliyin üstünə bir addım belə getmir. İnsanlar nə bahasına olursa-olsun, borclarını … Bəyaz zanbaqlar ölkəsində – Qriqoriy Petrov oxumağa davam et

#övladınüçünoxu’san…

Kitabsevər dostumuz, bloqer Sərxan Rüstəmov bir neçə gün öncə maraqlı bir təklif etdi. Təklifi video-müraciət formasında edən Sərxan bəy BookMap səhifəsindəki müraciətində bildirdi ki, oxuduğumuz kitabları sosial şəbəkələrdə paylaşarkən #övladınüçünoxu həştəqindən istifadə edərək paylaşaq ki, kitab oxumağa vaxtı  olmayan valideynlər və dostlarımız da bundan faydalana bilsinlər. Bir kitabsevər, uşaq psixoloqu olaraq buna sevinməyə bilməzdim. Artıq Sərxan bəy bunun üçün xüsusi motivasiyaedici videorolikdə hazırlayıb. Videoda göründüyü Azərbaycanın sosial mediada tanınmış simaları bu … #övladınüçünoxu’san… oxumağa davam et

Alçaldımış və təhqir edilmiş insanlar – Fyodor Dostoyevski

– Onda anam evdən çıxdı, məni də özü ilə apardı. Gündüz idi. Biz axşama qədər küçələrdə gəzdik, anam elə hey ağlayırdı, məni də qolumdan tutub aparırdı. Mən çox yorulmuşdum, biz o gün heçnə yeməmişdik. Anam elə öz-özünə danışırdı, mənə də elə deyirdi: “Nelli, kasıb ol, mən öləndən sonra heç kəsə qulaq asma, heç kəsin yanına getmə, tək ol, kasıb ol, işlə, iş olmasa, get dilən, … Alçaldımış və təhqir edilmiş insanlar – Fyodor Dostoyevski oxumağa davam et

Yeraltından qeydlər – Fyodor Dostoyevski 

“Məncə, bunları yazmaqla səhv eləmişəm. Açığı, bunları yazan vaxt utanırdım, bu ədəbiyyat yox, cəza idi. Axı öz gizlin hücrəsinə çəkilib yaratdığı dünyada yaşayan, öz hirsində, kinində boğulan adam haqqında yazılan roman nə dərəcədə maraqlı ola bilər? Romanda gərək qəhrəman olsun, mənsə antiqəhrəmanın özəlliklərini yazmışam. Biz yaşamağı yadırğamışıq, hamımız axsayırıq, yaşaya bilmirik, bu söz bizim üçün o qədər yadlaşıb ki, kimsə yanımızda həyat sözünü işlədəndə hirslənirik. … Yeraltından qeydlər – Fyodor Dostoyevski  oxumağa davam et

İlqar Kamil – Anam üçün

Bir yol təsəvvür edin,elə bir yol olsun ki, xoşbəxtlik yalnız yolun sonunda deyil, özündə də olsun ;yolun özü də xoşbəxt etsun sizi, yolun özü də sevimli olsun, maraqlı olsun, ürəyə yatımlı olsun… Bu gündən etibarən oxuğum kitablar haqqında olan fikir və təhlillərimi də blogda paylaşacam. “Anam üçün” romanını 1 ay əvvəl oxumuşdum. Bununla bağlı fikirlərimi facebookda paylaşmışdım. Artıq indidən sonra oxuduğum kitabları burada paylaşmağı düşünürəm. … İlqar Kamil – Anam üçün oxumağa davam et