Sabit yazı

2021 – yaxud da “tramplin”

Keçən ilin bu günlərində 2020 üçün hesabat tipli blogumu yazmışdım. Bu ildə artıq bütün hesabatlarımı apardıqdan sonra düşünürəm ki, özümə faydalı olan bir neçə punktu qeyd etməyim, sizə də faydalı ola bilər. Tələm-tələsik plan qurmağı sevmirəm. Öncə etdiyim işlərin hesabatını aparmalıyam. Bəli yanvarın 26-sıdır. Mən hesabatımı indi bitirdim. Planlarım haqqında detallı fikirlərim, nəyi harda edəcəyim, nəyə ehtiyacım olduğunu, nəyi həyatımdan çıxarmalı olduğumu indi daha aydın … 2021 – yaxud da “tramplin” oxumağa davam et

Sabit yazı

Həbsdən çıxanda nələr etmək istərdiniz?

Azadlıqdan məhrum edilmiş insanları hər birimiz görüb-eşidirik. Kinolarda bu kimi mövzulara geniş yer verilib. Adətən istəmədən bu həyatı yaşayan bu insanlar ordakı davranışları və xarakterik xüsusiyyətləri ilə bir-birinə çox oxşasalar da, aralarında hər zaman fərqli olan birini də görmək istəməzlər. Hamı onlar kimi düşünməli, bir-birini incitməli, bir-birinə 4 divarı daha yaşanmaz hala gətirmək üçün əlindən gələni etməyə hazırdırlar. Adətən bu tipdə davranışlara əl atanlar isə … Həbsdən çıxanda nələr etmək istərdiniz? oxumağa davam et

Nə üçün ertələyirik? – Səbəb və həlli yolları

Səbəbləri: Elə bir günümüz yoxdur ki, özümüzü danlamayaq, səhvlərimizi düşünməyək, nələrisə ertələməyək. Ancaq bu davranışlar bir yerdən sonra gündəlik həyatımızda etdiyimiz ən əsas davranışlardan birini çevrilir. Hər xırda şeyə görə özümüzü danlayır, ancaq etmədiyimiz yaxud da edə bilmədiyimiz işləri düşünür, yeni edəcəyimiz işləri də “əşi sonra edərəm”(ciddiyə almamaq), “nəyi yarıtmışam ki, bunu edim? yaxşısı budur heç nə etməyim”(özü haqqında uyğun olmayan mənfi rəy), “bu gün … Nə üçün ertələyirik? – Səbəb və həlli yolları oxumağa davam et

Valery Snelnikov – Öz xəstəliyini sev!

İndiyə qədər bu qəbildən olan kitablar mənə uydurma kimi gəlirdi. Çünki çox iddialı adı vardı, fərdi inkişaf adına yazılan bir çox kitab kimi adamı hürküdürdü. Ancaq doktor Snelnikov sağolsun, məni yanıltdı. İşin qəribə tərəfi qeyd etdiyi səbəb-nəticələrin həyatımda baş verənlərlə birə-bir üst-üstə düşməyi oldu. Artıq kitabın içinə daldıqca, kitaba olan önmühakimələrimi kənara qoydum, bu gücümü kitabı anlamağa verdim. Kitabda mənə ilk təsir edən “Şüurumuz həmişə … Valery Snelnikov – Öz xəstəliyini sev! oxumağa davam et

Qənaətcil Startap – Erik Ris

Karantin günlərində edilə biləcək ən faydalı fəaliyyətlərdən biri də kitab oxumaqdır. Fərqli sahələrdən olan kitabları da məhz belə zamanlarda sınamaq olar deyə düşünürəm. Eyni zamanda karantindən sonra hər şeyin buraxdığımız kimi qalmayacağı dəqiqdir. Buna görə də, fərqli bacarıqlarımızı inkişaf etdirmək həm vaxtımızı səmərəli keçirməyimizi təmin edir, həm də, növbəti mərhələyə hazırlıq görmüş oluruq. Kitab Teas Press Nəşriyyatı tərəfindən Azərbaycan dilinə tərcümə olunub. Dili axıcıdır. Keçək … Qənaətcil Startap – Erik Ris oxumağa davam et

Özünə qayğı

Artmaqda olan iş və təhsil tələbləri günümüzün insanını halsız edib. Hər ötən gün bir öncəki gündən daha ağır şərtlərlə, daha çox zaman xərcləməklə çalışırıq. Texnologiyanın inkişafı da bir tərəfdən “iş saatı yoxdur” fikrinə doğru yönəlir. İş və dərslərimizdən kənarda qalmaq üçün müəyyən fəaliyyətlərlə məşğul olmaq da yetmir. Çünki bir mesaj və ya zəng bütün istirahət planlarımızı pozmağa bəs edir. Belə olan təqdirdə isə bütün həvəs … Özünə qayğı oxumağa davam et

#övladınüçünoxu’san…

Kitabsevər dostumuz, bloqer Sərxan Rüstəmov bir neçə gün öncə maraqlı bir təklif etdi. Təklifi video-müraciət formasında edən Sərxan bəy BookMap səhifəsindəki müraciətində bildirdi ki, oxuduğumuz kitabları sosial şəbəkələrdə paylaşarkən #övladınüçünoxu həştəqindən istifadə edərək paylaşaq ki, kitab oxumağa vaxtı  olmayan valideynlər və dostlarımız da bundan faydalana bilsinlər. Bir kitabsevər, uşaq psixoloqu olaraq buna sevinməyə bilməzdim. Artıq Sərxan bəy bunun üçün xüsusi motivasiyaedici videorolikdə hazırlayıb. Videoda göründüyü Azərbaycanın sosial mediada tanınmış simaları bu … #övladınüçünoxu’san… oxumağa davam et

Özünütənqid

Gündəlik həyatımızda bizim çox eşitdiyimiz ifadələrdən biri də tənqiddir. Nədir tənqid ? Ümumiyyətlə biz niyə tənqid edirik ? Tənqid – lüğət mənasında hər hansı bir insan, əsər, mövzunun mənfi və müsbət tərəflərini tapıb müzakirə etmə işidir. Tənqidin əxlaqi cəhətdən dəyərləndiilməsi – kimə, nə vaxt, hansı məqsədlə edilməsinə görə iki yerə ayırmaq olar. a) müsbət tənqid (faydalı olan) , b) mənfi (zərər verən). Təbii ki, səhvlərdən … Özünütənqid oxumağa davam et

Biz hara qaçırıq?

Son illərdə hər şeyin rahatlağımız üçün inkişaf etdirilməsi ilə əlaqədar olaraq,bu rahatlaşma sayəsində artan vaxt və imkanımızdan ətrafımıza ,sevdiklərimizə və bizim qayğı və dəstəyimizi gözləyən necələrinə bu haqqlarını vermirik.Bu artan vaxt və imkanı boş şeylərə xərclədiyimizdən isə çox nadir hallarda xəbərimiz olur.Çünki bizim rahatlığımız üçün nəzərdə tutulan xidmət və vasitələrdən lazım olduğundan çox daha istifadə edirik.Bu balansın pozulmasından ən çox əziyyət çəkən hislərimizdir.Problemi olan mahnı … Biz hara qaçırıq? oxumağa davam et