Şerşti Skumsvold – Sürətləndikcə kiçilirəm

Biz gənclər olaraq həyatımızın hər anının dadını çıxarmağa çalışırıq. Bəzilərimiz valideyn olandan sonra, bu zövqü uşaqlarına yaxşı nələrsə daddırmaqla əvəz edir. Adətən bunu da özünü ikinci plana ataraq edir. Ancaq tabloya kənardan deyil də, tam qarşısından baxırıq. Belə olan halda isə tablonu tam görməyimiz qeyri-mümkündür. Mütləq ki, nələrisə gözdən qaçırırıq. Bu günki mövzuda isə diqqətdən qaçanlar, görməzdən gəldiyimiz, hal-xətirlərini belə soruşmadığımız yaşlılardır. Təsəvvür edin: evdə … Şerşti Skumsvold – Sürətləndikcə kiçilirəm oxumağa davam et

Nə üçün ertələyirik? – Səbəb və həlli yolları

Səbəbləri: Elə bir günümüz yoxdur ki, özümüzü danlamayaq, səhvlərimizi düşünməyək, nələrisə ertələməyək. Ancaq bu davranışlar bir yerdən sonra gündəlik həyatımızda etdiyimiz ən əsas davranışlardan birini çevrilir. Hər xırda şeyə görə özümüzü danlayır, ancaq etmədiyimiz yaxud da edə bilmədiyimiz işləri düşünür, yeni edəcəyimiz işləri də “əşi sonra edərəm”(ciddiyə almamaq), “nəyi yarıtmışam ki, bunu edim? yaxşısı budur heç nə etməyim”(özü haqqında uyğun olmayan mənfi rəy), “bu gün … Nə üçün ertələyirik? – Səbəb və həlli yolları oxumağa davam et

Valery Snelnikov – Öz xəstəliyini sev!

İndiyə qədər bu qəbildən olan kitablar mənə uydurma kimi gəlirdi. Çünki çox iddialı adı vardı, fərdi inkişaf adına yazılan bir çox kitab kimi adamı hürküdürdü. Ancaq doktor Snelnikov sağolsun, məni yanıltdı. İşin qəribə tərəfi qeyd etdiyi səbəb-nəticələrin həyatımda baş verənlərlə birə-bir üst-üstə düşməyi oldu. Artıq kitabın içinə daldıqca, kitaba olan önmühakimələrimi kənara qoydum, bu gücümü kitabı anlamağa verdim. Kitabda mənə ilk təsir edən “Şüurumuz həmişə … Valery Snelnikov – Öz xəstəliyini sev! oxumağa davam et

Bir çoban koması

Hər gün olduğu kimi saat 5:15 oyandım. Amma bu gün bir fərqli həyəcanlı idim. Tələsik səhər yeməyini yeyib, marşrutu(ural yük maşını) gözləmək üçün yol kənarında dayandım. Yarım saata qədər gözlədikdən sonra nəhayət gəldi. Amma insanlar çox sıx idi. Yol çaylaq olduğunu nəzərə alsaq, marşrut bir az çətin keçəcəkdi. Üstəlik veşlər də sürüşüb üstmüzə gəlirdi. Ancaq yolçuların bir-biri ilə münasibətləri, maraqlı əhvalatlar və zarafatlar sayəsində yol … Bir çoban koması oxumağa davam et

Uşaqlar nədən qorxur?

      Qorxu – qavranılan təhlükədən qaçma davranışıdır. Normal inkişafın bir hissəsi olaraq, insanı təhlükədən qoruyan müdafiə mexanizmidir. Yaş artımı ilə qorxular da dəyişir.       Körpəlik dövründə bu qorxular, yüksək səs, parlaq işıq, tanımadığı insanlar kimi ani, yeni və bilinməyən nəsnələrə qarşı qorxulardır.       Məktəbəqədər (3-6 yaş) yaş dövründə əsasən qaranlıq, tək qalmaq, ölüm , bədəninə ziyan dəyməsi, xəyali varlıqlar … Uşaqlar nədən qorxur? oxumağa davam et

Valideyn-övlad münasibətlərində doğru bildiyimiz yanlışlar

Günümüzdə ən çox qarşılaşdığımız problemlərdən biri də yanlış informasiyaların çoxluğudur. Ətrafımızda olan məlumat bolluğunda hiss etmədiyimiz, bizi qəsdən və ya bilinməyərək ötürülən  saysız-hesabsız yalan və təhrif olunmuş məlumatlar var. Bu məlumatlarla ən çox rastlaşan qruplardan ilki valideynlərdir. Övladları ilə münasibətləri yaxşıya doğru müəyyən dəyişikliklər etmək və ya yeni nələrsə öyrənmək istəyən valideynlər yanlış məlumatlarla qarşılaşmalı olurlar. Belə olan təqdirdə nəyin doğru, nəyin yanlış olduğunu müəyyən … Valideyn-övlad münasibətlərində doğru bildiyimiz yanlışlar oxumağa davam et

Özünə qayğı

Artmaqda olan iş və təhsil tələbləri günümüzün insanını halsız edib. Hər ötən gün bir öncəki gündən daha ağır şərtlərlə, daha çox zaman xərcləməklə çalışırıq. Texnologiyanın inkişafı da bir tərəfdən “iş saatı yoxdur” fikrinə doğru yönəlir. İş və dərslərimizdən kənarda qalmaq üçün müəyyən fəaliyyətlərlə məşğul olmaq da yetmir. Çünki bir mesaj və ya zəng bütün istirahət planlarımızı pozmağa bəs edir. Belə olan təqdirdə isə bütün həvəs … Özünə qayğı oxumağa davam et

Özünütənqid

Gündəlik həyatımızda bizim çox eşitdiyimiz ifadələrdən biri də tənqiddir. Nədir tənqid ? Ümumiyyətlə biz niyə tənqid edirik ? Tənqid – lüğət mənasında hər hansı bir insan, əsər, mövzunun mənfi və müsbət tərəflərini tapıb müzakirə etmə işidir. Tənqidin əxlaqi cəhətdən dəyərləndiilməsi – kimə, nə vaxt, hansı məqsədlə edilməsinə görə iki yerə ayırmaq olar. a) müsbət tənqid (faydalı olan) , b) mənfi (zərər verən). Təbii ki, səhvlərdən … Özünütənqid oxumağa davam et

Autizm

513419514

Autızm nədir? Autizm, erkən yaş dövründə başlayan, həyat boyu davam edən, sosial münasibətlər və inkişaf sferasında problemlərin olması ilə müşayiət olunan neyro-psixiatrik pozuntudur. İlk dəfə bu diaqnoz elmə Amerika psixiatrı Leo Kanner tərəfindən 1943- cü ildə gətirilmişdir.Autizm, ictimai və ünsiyyət bacarıqlarının meydana gəlməsinə təsir edən bir inkişaf pozuntusudur. Ümumiyyətlə,2008-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2 aprel bütün dünyada “Dünya Autizm Məlumatlandırılması günü” olaraq qəbul edilmişdir. Autizm sindromunun dəqiq səbələri elmə məlum deyil. Ən çox qeyd olunan səbəblər arasında genetic faktorlar,beynin organic çatışmazlığı, ekoloji faktorlar, hamiləlik zamanı ananın yaşadığ fiziki və ya mənəvi travma, yeni doğulan körpənin anadan yetərincə sevgi və nəvaziş görməməsi aiddir. Dünya əhalisinin 1 faizi autizmdən əziyyət çəkir. Autizmli uşaqlar xarici görünüşə görə normal uşaqlardan fərqlənmir.

Əlamətləri: Autizm diaqnozu qoymaq çətin olsa da, 12-18 aylar arasında bəzi göstəricilər özünü büruzə verir. Autizmin daha erkən fərq edilməməsinin səbəbi doğum və doğum sonrası uşaqda hər hansı bioloji geriliyin görülməməsi və uşağın sağlam, normal inkişaf etməsidir. Bunun üçün valideynlər normal inkişaf gedişatını müşahidə etməli, yaçıdlarından fərqli olan inkişaf xüsusiyyətlərin fərqinə varmalıdırlar. Ancaq hər bir uşağın inkişafının fərdi olduğunu bilməli və inkişaf sürətinin eyni olmadığını nəzərə almalıdırlar. İnkişaf gedişatında rast gəlinən ləngimə Autizm olduğunu göstərməz. Lakin şübhələrinizi həkimlərlə bölüşməkdə fayda var. 18 aylığında övladınız nə isə istəyəndə sizə baxmır və istədiyi əşyanı barmağı ilə göstərmirsə, sizing göstərdiyiniz yerə baxmırsa, əşyalarla “güya” ki oyunu oynamırsa; xahiş edirik ki , öz müalicə həkiminizə məhz elə bu gün müraciət edəsiniz!

Autizmin davranış simptonları

Sosial, kommunikativ, ritual (qəribə) davranış, motorika, sensor yükləmələr, hisslər, özünə ziyanvermə, təhlükəsizlik.

-Sosiallaşma problemi

–başqa uşaqların oyunlarına maraq göstərməyə bilər

–bacı-qardaşı ilə münasıbətdə qəddar davrana bilər

–çarpayıda tək qalıdqa anasını çağırmaq əvəzinə qışqırır

–valideynlərin işə getməsinə və qayıtmasına fikir vermir

–qarşılıqlı əlqaə tələb edən oyunlarda iştirak etməyə bilər

–valideynləri onu qucağında tutduqda, qucaqladıqda yaxud öpdükdə buna hər yolla mane olmağa çalışır

 

Kommunikativ (ünsiyyət) problemlər

–Autizmdən əziyyət çəkən uşaqlar ətraf şəraiti hiss etmir və visual əlaqə yaratmaqda çətinlik çəkirlər. Bundan irəli gələrək elə görünə bilər ki, uşaqların ünsiyyət qurmağa tamamilə marağı olmur. Onlar nəyəsə ehtiyac duyduqda daha çox “əl yönəltməsi”ndən istifadə edirlər: uşaq valideynin əlini özünün ehtiyac duyduğu əşyanın üzərinə qoyur və buy olla valideyn və ya böyükdən öz istəyinə çatmaq üçün alət kimi istifadə edir. İnkişaf prosesi normal gedən uşaqlar ehtiyacları barədə verbal (sözlərlə) və ya qeyri-verbal yolla (əşyanı göstərməklə) xəbər verirlər.

–ətraf şəraiti hiss etmir

–vizual əlaqədən yayınır

–böyüklərin əlindən istifadə edir, onu yönəldir

Qəribə/Təkrarlanan davranışlar

–müxtəlif vasitələrlə öz bədənin sıxılmasına can atır

–ifrazatını hər yerə yaxır

–bədənini güclü dərəcədə qıcıqlandırmağın yollarını tapır

Motorika

–Kiçik motorika problemləri

–pis koordinasıya

–ayaq barmaqlarının ucunda yerimə

–fəza qavramanın defisiti

–yöndəmsizlik yaxud mükəmməl tarazlıq

–ağız suyu axıdır

Sensor yüklənmələr

–Autizmdən əziyyət çəkən uşaq cürbəcür səslər, küy, əşyaların səthi həmçinin yeni təəssürat və yeni şəraitə qarşı həssas ola bilər. Sensor yüklənmələrin sayı çox olarsa, davranış təhrif olunması ehtimalı da bir o qədər yüksəkdir.

–saçının qırxılmasına imkan vermir

–təhlükəsizlik kəməri ilə bağlanmış halda oturmağı sevmir

–yeni təəssüratları, yaxud bayramlardan olan təəsüratları sevmir

–su prosedurlarından qətiyyən imtina edir

–adi ev şəraitində mövcud olan qoxulardan ürəkbulanma hiss edir

–musiqi səsinə güclə tab gətirir

–əşyaları üzünə çox yaxın tutaraq fırladır

–bəzi hallarda eşitmə əngəlli kimi görünə bilər, çünki yüksək səslərdən diksinmir, ama bununla belə, digər hallarda eşitmənin normal olduğu hiss oluna bilər

–qış fəslində isti paltarları həvəssiz geyinir

–paltar dəyişməyi xoşlamır

–öz paltarlarını cıra bilər

–yay fəslində inadla tələb edirki, ona qış paltarı geyindirsinlər

Özünə xəsarət yetirmə

–başını hara gəldi çırpır

–özünü dişləyir,bu zaman ağrı əlamətləri göstərmir

–öz dərisini qaşıyıb cırmaqlayır

–öz saçını yolur

Təhlükəsizlik məsələləri

–təhlükə anlayışı yoxdur

–əzilə və ya yaralana biləcəyi situasiyanı hiss edə bilmir

–yüksəklik qorxusu yoxdur

Yanaşı xəstəliklər:

–Mədə-bağırsaq sisteminin pozulması

–ehtiyac olduqda qastroeneroloqa müraciət etmək tövsiyyə olunur

–ishal

–nəcisdə həzm olunmamış qıda

— qəbizlik

–bilərəkdən yemək məhdudlaşdırma, hədsiz qidalanma

–Yuxu pozulması

–uşaqlar bir neçə gün ərzində ayıq qala və bu zaman qətiyyən yatmaq ehtiyacı duymaya bilərlər. Gecəni gündüzdən ayırmaya bilərlər. Çox çətin yuxuya gedib tez-tez oyana bilərlər.Çox  qısa zaman ərzində, 1-2 saat yata bilirlər. Nəticə olaraq isə valideynlər yuxusuz qalır.

–Qıcolmalar

–qıcolmaları müşayiət edən patologiya yaş artfıqca çoxalır.Etiologiyası naməlumdur.

Autizmin ailəyə təsiri

-Autizmli uşağı olan ailə üçün adi həyat tərzi sürmək mümkün olmaya bilər. Beləki onlar rahat alış veriş etmək, normal yuxu rejimi, yemək hazırlama, tətil, evdən kənarda ziyafət, kino, dostları ziyarət kimi gündəlikdə olan işlərdən uzaq qala bilərlər. Valideynlər və qardaşlar bacıların  gərginliyi çox yüksək ola bilər. Yaxşı olarki, onlar yerli psixoloji dəstək qrupuna yönəldilsinlər.

 

Valideynlər nə etməli?

Əgər uşağın inkişafında hər hansı ləngimələr olduğunu hiss edirsinizsə, testləşdirmə üçün erkən müdaxilə üzrə mütəxəssisə (uşaq psixiatrı) müraciət edin. Uşağın xüsusiyyətlərin  asılı olaraq erkən müdaxilə üçün psixoloq, loqoped, və yaxud fizioterapevt tövsiyyə edilə bilər. Araşdırmalar göstərir ki, erkən intensive korreksiya təlimi uşaq və ailə üçün daha yaxşı nəticələnən inkişafa səbəb olur. Təməl strategiyanın məqsədi uşağa ətrafda baş verənlərə diqqət yetirməyi, ətraf mühitdə dəyişiklikləri görməyi, təqlidi öyrətməyi və bunun nəticəsi olaraq, ünsiyyət vərdişləri və s. inkişaf etdirməkdir.

 

Ailənin autik uşağına qazandırılması vacib olan əsas bacarıqlar

— Öyrənməyə hazırlıq bacarıqları

— Əlaqə qurma bacarığı

— Özünəqulluq bacarıqları

Şərait

Autik uşaqların özlərini rahat hiss etdiyi yer evidir.onu ən yaxşı tanıyanda ailəsidir.Əgər ona hər hansı təlim keçiləcəksə bu onların davranışlarının ortaya çıxdığı ev ortamında və onun ən yaxşı tanıdığı adamların dəstəyi ilə mümkündür.

Vəsaitlər

Uşağınızın özünü rahat hiss etdiyi ev həmdə onun üçün təlim yeri olmalıdır.evinizin quruluşu uşağınız ailə üzvləriniz və özünüz üçün zövq verici olmaqla bərabər uşağınızın maraq və ehtiyaclarına uyğun qurulmalıdır.Bu işi uşağın təlimçisi ilə aparmaq daha doğru olar.Uşaqla hər hansi bir fəaiyyət üçün bahalı oyuncaqlar almağınıza gərək yoxdur.bunu evdəki əşyalarla da edə bilərsiz( stəkan-nə işə yaradığı şəffaf incə və şüşə elementlərini təlimdə istifadə edə bilərsiz.yada portağal-meyvə olması yeyilməsi rəng və s elementlər)

 

Bacarıq öyrədərkən diqqət ediləcək nüanslar.

1.Təlim vaxtı (ilk başda 3-5-7 dəqiqə olmaqla artan vaxt müddətində, gün ərzində 2 3 dəfə məşğul olmaq uyğundur.

2.Ətraf mühit ( təlim keçdiyiniz otaq nisbətən sadə, diqqət dağıtmayacaq şəkildə olsa, təlim daha effektiv olar)

3.Ardıcıllıq (təlim hər gün olmaqla günün eyni vaxtında məsələn hər gün saat 18 də )

4.Prioritetlər(yaşamında yeri və önəmi)

5.Uyğunluq ( ilk başda ona uyğun məşğələlər seçilməli. Yəni ilk başda əlifbadan ya da yazıdan başlaya bilmərik. Onun qavraya biləcəyi rənglər və ya bəzi isimlər ola bilər)

6.Ön şərtlər ( ailə və uşaq ev təliminə hazır olmalı, eyni zamanda uşağın bioloji ehtiyacları da bura daxildir.)

7.Mükafatlandırma

-Sözlü tərif

-Fiziki təmas

-Oyun və ya fəaliyyət

-Yemək və ya içki

-Əşya və ya oyuncaq

Bacarıq öyrədərkən edə biləcəyimiz yardım tipləri

-Fiziki yardım (əl ilə yardım)

-Fiziki yardımın geri çəkilməsi

-Model olma ( edəcəyi hərəkəti göstərmək)

-Model olmanın geri çəkilməsi

-Sözlü yönvermə (yalnız sözlü izah)

-Sözlü yönvermənin geri çəkilməsi

Öyrənməyə hazırlıq bacarıqları

1.Göz kontaktı qurma

2.Düzgün oturma

3.Sadə təlimatlara riayət

Əlaqə bacarıqları

  1. A) Sözlə əlaqə
  2. B) Danışmaq və dil inkişafı
  3. C) Sözsüz olan əlaqə

Özünəxidmət bacarıqları

      -Əl yuma və qurulama bacarığı

-Diş fırçalama bacarığı

      -Stəkandan su içmə bacarığı

-Qaşıqdan istifadə ilə yemək

      -Paltar geyinmə bacarığı

-Tualet təlimi

 

İstifadə edilmiş ədəbiyyat:

1.İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Sosial Xidmətlər Təşəbbüsü birgə layihəsi “Autizm üzrə vəsait” Kitabı Bakı 2014

2.T.C. Milli Eğitim Bakanlığı Özel Eğitim Rehberlik ve Danışma Hizmetleri Genel Müdürlüğü “Otistik çocukların eğitiminde aile el kitabı”

Mətni yazan: Murad Akifsoy – A.R. Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzi Psixososial Reabilitasiya Şöbəsinin Uşaq Psixoloqu

“Autizm” oxumağa davam et