Balaca şahzadə

İnsan ancaq ürəyi ilə baxdığı zaman doğrunu görə bilər. Gerçək gözlə görülməz.
Balaca şahzadəni yəqin ki, tanımayan yoxdur. Tanımayan varsa dərhal yazını tərk eləsin. Sizə də bəhanə lazımdır onsuzda. Bəhanəsindən utananlae hələ də mənimlədir. Vallah mən də şahzadə iləyəm. Onun sizə iki kəlmə sözü var. Sonrasında mən açıqlamağa çalışacam.
Kitab uşaqlar üçün yazılmış kimi görünsə də, tamamilə böyüklər üçündür. Di gəl ki, şahzadə demiş böyüklər davamlı açıqlama tələb edir. Və bu uşaqlar üçün çox sıxıcıdır. Əslində mənim üçün də sıxıcıdır. Nə qədər açıqlama vermək olar ki? Yanlış anlamasınlar deyə ödümüz ağzımıza gəlir. İnsanların özlərini keçdik, beyinlərini də idarə etməyə çalışırıq. Sanki bu qədər güclüyük.


Şahzadənin gözümüzün önünə gətirdiyi ilk məsələ sevgidir. Ümumiyyətlə sevməklə bağlı bizim balaca şahzadəmiz dünyadakı 7 milyarddan 100 faiz yaxşı bilir. Qalan 1 milyarddan da əmin deyiləm. Sevdiyi çiçəyi davamlı düşünən onu qoruyan, ondan uzaqda olanda da, ona görə narahat olan bir balaca var əsərdə. Adam özündən asılı olmayaraq kaş mən də onun kimi pak sevə və xidmət edə biləydim deyir.
Sonrakı mərhələdə fərqli planetlərdə fərqli insanlarla rastlaşır. Onların peşələrindəki absurd detalları çox gözəl ifadə edir.

Oxumamısızsa oxuyun, oxumusunuzsa təkrar oxuyun. Görürsüz artıq tapşırıq filan verməyə başlamışam sizə. Sabah gündəlik istəyib qiymət filan yazmaq istəsəm, qələmi alın əlimdən. Qaytarmayın da.
Sonrakı əsas məsələ mənadır. Şahzadə konkret bizə ayaqüstü cbt edir. (cbt- Amerika mərkəzli psixoterapiya növüdür) Bu an, həyatımız necə mənasız və yeknəsəq olduğunu görməmək üçün qulağını tutub qardaş/bacısının səsini batırmağa çalışan uşaq kimi aparırıq özümüzü. Amma xeyri yoxdur. Şahzadə yavaş-yavaş bizi başa salır.
Daha sonra əsas məsələlərdən biri də. Şükürdür. Sizin dünyada insanlar minlərlə gül əkirlər, amma yenə də axtardıqlarını tapa bilmirlər deyir Şahzadə. Haqsızdır mı? Əlbəttə ki, xeyr. Bəs biz niyə aktyorluq bacarıqlarımızl nümayiş etdirib, bunu görməzdən gəlirik?

Çünki balaca şahzadə hərəkətin, sevginin, mərhəmət və təslimiyyətin bariz nümunəsidir. Bu bizim nəfsimizə ağır gələn şeylərdəndir.


Ahh yadımdan çıxmışdı. Bir də tülkümüz var əsərdə. Gəl ki, Tülkü elə sevir ki, adam öz sevmə şəklindən, onu hiss etdirmə formasından utanır. Əslində utana bilmək də gözəl bir hissdir. Vicdanın bir yerlərdə olduğunu göstərir. Bəzən həqiqətən hansısa bir yerlərdə yox, konkret yerdə olur çünki.
Balaca şahzadə bizim qorxduğumuz ağlımıza gələndə telefonda vacib işim var imiş kimi davrandığımız bütün qaçma şəkillərimizə rəğmən bizə lazım olan sualları verir. Həmin an sizi qıcıqlandırsa da, daha sonrakı vədədə, daha keyfiyyətli bir ömür yaşamğa vəsilə olacaq. Bu cəsarətli addımını ayrıca bəyənirəm.


Şahzadə konkret dünyası olan biridir. Bizə də tövsiyəsi odur ki, öz dünyamıza sahib çıxaq. Mən də sahib çıxmağa başlayanda yazdım geniş icmalı. Balaca şahzadə artıq mikrofonu aldı əlimdən. Siz yenə onun haqqında olan fikirləri şərhdə qeyd edin. Xoş mütaliələr. Növbəti kitablarda görüşənədək!

Bir şərh yazın