10 may psixoloqlar günü?

10 may psixoloqlar günü.
Bu gün əslində heç psixoloqlar günü deyil. Türklər EFPA təklif edib, amma bir nəticə almamaqlarına rəğmən keçirməyə davam etdikləri bir gündür. Bizdə də artıq davamlı hala gəlib.

Bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da bu sektorda müəyyən problemlər var. Ancaq bizdəki problemlərin əksəriyyəti digər ölkələrdə yoxdur. Psixoloji xidmət haqqında qanun deyə bir şey imzalanıb. Ancaq ortada icra edəcək bir qurum yoxdur. Bu da fırıldaqçıların çörəyinə pendir kolbasa qoyur. Türklərdən öyrəndiyimiz neqativlərdən biri də mevlana kimi davamlı özlü söz paylaşan psixoloqlarımızın artmasıdır. Türklər edirsə, biz də məcburuq? Xeyr. Ayrıca öyrəndiyimiz təkcə neqativlərdir deyəsən. Çünki onların ölkə səviyyəsində beynəlxalq təşkilatlara bağlı dərnəkləri, institutları var. Jurnal və icmaları var. Biz hələki bir araya gələ bilmirik.

Yaşlı nəslin əksəriyyəti gənclərə öyrətməkdə simiclik edir. Halbuki bunu ödənişli və sistemli şəkildə etsə, özü qazanmaqla bərabər ölkədə professional mütəxəssislərin yetişməsi üçün faydalı olacaq. Gənclər də hər dəfə fərqli yerlərə qaçmaqdan qurtular. Növbəti önəmli məsələ superviziyadır. Mütəxəssislər davamlı olaraq supervayzerlərindən dəstək almalıdır. Biz də insanıq çünki. Bəzən psixoloqlar belə dəstək almağa birmənalı yanaşmır. Biz öz təqdim etdiyimiz xidməti istifadə etmiriksə, bunun ən yaxşı halda adı ikiüzlülükdür.
Fırıldaqçılar demişkən, indi şüuraltı pozan, beynə Windows 10 yazan, filan adamlar çıxıb ortaya. Heç bir tətbiqi nəticələri olmayan, akademik səviyyədə təsdiqini tapmamış müalicə üsulları ilə insanlara yalançı vədlər verən insanlar artmaqdadır. Özünüzü onlardan qoruya bilməniz üçün bilməli olduğunuz əsas şərtlərdən biri, mütləq şəkildə psixologiya üzrə baza təhsilinin olmasıdır. Bunu tələb etmək, işlədiyi terapiya istiqaməti üzrə nəzəri və tətbiqi sertifikata sahib olub-olmadığını bilmək xidmət üçün müraciət edən hər kəsin haqqıdır.
Psixoloq həm sağlamlıq, həm xidmət tərəflərini özündə birləşdirir. Xidmət adına insan sağlamlığına zərər vermək qəbuledilməzdir. Çünki hər bir sağlamlıq xidməti öncə zərər verməmək daha sonra isə fayda vermək üçündür. Çalışın bədən qədər psixi sağlamlığınızın da qayğısına qalın. Yoxsa hər ikisini itirəcəksiniz.

Bir şərh yazın