Psixologiya – ruh haqqında elm deməkdir. Psixoloq – bir qrup ya da bir şəxsin davranışlarını, düşüncələrini fərqli şəkildə analiz edir, öyrəndiyi məlumat və bacarıqları ilə səbəbləri açıqlayıb həll yolları təklif edir, onların icrasında dəstək göstərir. Psixoloq xəstəxana, ədliyyə, məktəb, fabrik, şirkət kimi insan olan hər yerdə çalışa bilər. Dünya təcrübəsində bu müəssisələrin hər birində fərqli magistratura dərəcələri alaraq işlərinə davam edirlər.
Psixoloq bilindiyindən fərqli olaraq sadəcə dinləyən, heç bir reaksiya vermədən məsləhət verən şəxs deyil. Psixoloq mütəxəssis olaraq, “Etik prinsiplər” adlı sistemə tabedir.
- Psixoloq mütləq şəkildə psixologiya üzrə bakalavr dərəcəsi almış baza təhsili almış şəxsdir.
- Etik prinsiplərə əsasən psixoloq ona müraciət edənləri mühakimə edə, alçalda bilməz.
- Ona verilən məlumatı üçüncü şəxs ilə paylaşa bilməz (istisna vəziyyətlər xaric)
- Ehtiyac olduqda özü də psixoloji dəstək alır.
- Ona müraciət şəxslə yalnız iş əlaqələri qura bilər. (dost yaxud sevgili ola bilməz)
- Psixoloq insanda olan problem və narahatlıqları superviziyasını aldığı terapiya istiqaməti üzrə (geştalt, koqnitiv, davanış, pozitiv terapiya) həllinə yardım edir.
- Psixoloq hər zaman öz peşəkar inkişafı üçün çalışan şəxsdir.
Qısa olaraq bu dəfəlik bu qədər. Peşəkar mütəxəssislərdən dəstək almanız diləyi ilə. Sağlam olun.