Bu günün Marketinqi 3

Keçən ilin yazında özümü məcbur edib, ilk sahibkarlıq fəaliyyəti haqqında olan kitabımı “Erik Ris – Qənaətcil startap” əsərini oxudum. Yaxşı ki, də oxudum. Yeni biznesə başlayan insanlar adətən sürətli şəkildə böyüyüb, böyük pullar qazanmaq istəyir. Erik Risi oxuyurkən startap( informasiya texnologiyaları sahəsində qurulan biznes cə layihələrə verilən ad) qurmağın necə çətin və zəhmətli olduğunu, onun özünü sübut etməsi üçün nə qədər enerji, vaxt, resurs xərclədiyini indi trenddə olan qlobal brendlərin keysləri ilə izah edirdi. Bu günün Marketinqi kitabını oxuyanda yerli yazarımız Rafiq Hunaltayın “Qaçaqaç biznesdə də, həyatda da xoşbəxt eləmir, hara tələsirsiniz?” sualı keçən il oxuduqlarımı mənə xatırlatdı. Eyni zamanda yerli mütəxəssislərimizin də qlobal yazarlar qədər geniş vizyona sahib olduqlarını göstərdi. “Bəsdir də, Murad! Bir cümlə ilə yaxşı olduğuna necə qərar verə bilərik?” dediyinizi hiss edirəm. Ancaq Murad da təkrar-təkrar yoxlayıb, təhlil etmədən hər hansı fikir bildirməyəcəyini yaxşı bilirsiniz. Üstəlik ixtisasım olmayan bir sahədə.

Kitab 42 fərqli müəllif tərəfindən yazılıb. Marketinq, satış, dizayn, reklam, bloqçuluq sahələrində effektiv olan imzaların əksəriyyəti bu kitabda var. Bu yazarlar indiyə qədər qarşıma çıxsa da, çox oxumadığıma görə peşman oldum bir az. Ancaq r şey yerində gözəldir. Bəlkə də öncələri bu qədər yaxşı başa düşməzdim.

İlk əvvəl kitab mənə yazarların özünüsübut cəhdi kimi gəldi. Ancaq önmühakimə kitaba yanaşdığımı hiss etdim. Ona görə də hisslərimi kənara qoyub kitabın özünü göstərməsinə şans verdim. Kitabı seçməkdə məqsədim marketinqə olan hədsiz marağımdan irəli gəlir. Bundan öncə marketinqin əfsanəvi yazarlarından Filip Kotlerin iki kitabını oxumuşdum.

Heç kim təzə doğulan uşaq üçün toy tədarükü görmür, ona ilk növbədə gözəl ad axtarır.” (Teymur Məmmədov) Ancaq müasir dövrdə hər sahədə olduğu kimi, biznesdə də hər kəs tələsir. Ad, logo, məhsul, bazar araşdırması, alıcı istəkləri barədə yeni biznes sahibləri adətən düşünmür, yaxud düşünmək istəmir. Nəticədə 50 000 yatırımla başladığı işdən, 100 000 borcla çıxır. “ Hamı böyük düşünür, amma kiçik şeylər barəsində”

“Kitabda nələri bəyəndim?

– Çox axıcı dildə yazılıb. Hər kəs rahat oxuya bilər.

– Real keyslərlə izahlar verilib.

– Həm lokal, həm də qlobal tərəfindən mövzuya hakim olduqlarını hiss etdirirlər.

Nəyi bəyənmədim?

– Yerli işlərdən, gördükləri işlərə olan münasibətdən aşırı şikayət edirmiş kimi təsir bağışlayır.

– Müsahibələr hissəsi hədsiz uzun və sıxıcı idi.

Günün Marketinqini öyrənmək üçün çox gözəl vasitə olduğunu hiss etmisiniz yəgin ki. Növbəti kitablarda görüşənədək.

Bir şərh yazın