Autizm, korona virus və fərdiyyət

Yanvarın biri il təzələndə sevinən insanlar yəgin ki, nəyə sevindiklərini bilmirdilər. Təkcə bu il yox, hər il bu ritual təkrarlanır. Bəziləri şüurlu şəkildə niyəsini axtarır, başqa bir qrup isə birdəfəlik rədd edir. İndi isə həmin sevinən kəsim bir balaca sorğulamaq üçün vaxt qazanıb. Vaxt indi o qədər çoxdur ki, istirahət etmək istəyirəm deyən adamlar da artıq istirahətdən yorulub.

Başqa bir məqam isə aprel ayının özü ilə bağlıdır. Bu ilə qədər dünya miqyasında bu ay “Autizm maarifləndirmə ayı” olaraq sislsilə tədbir və fəaliyyətlər ilə yadda qalırdı. Autizm(https://muradakifsoy.wordpress.com/2017/04/06/autizm/) də korona kimi statusa baxmadan yaxalanıla (doğuşdan) bilən pozuntudur, və bütün ailənin yaşam tərzini dəyişdirir. Onlar da evdən çölə çıxmağa, insanlarla yaxın təmasa , ünsiyyətə girməyə çətinlik çəkirlər. Ancaq autizm havadan keçmir. Ölkəmizdə isə belə uşaqları olan ailələrin əsas çətinliyi uşağın təlimi deyil, daha çox cəmiyyətin onlara və uşaqlarının idarəolunması mümkün olmayan davranışlara qarşı diskriminasiyadır. Bu səbəbdən ailələr cəmiyyətdən təcrid olunmuş halda yaşayır sanki. Belə olan halda isə əsas problemi sosiallaşmaq olan uşağın sosiallaşması prosesinə süni şəkildə mane olunur. Hazırda isə bu insanların və ailələrinin bu günə qədər nələr çəkdiyini daha dərindən hiss edə bilirik. Heç bir günahımız olmadan evdə oturmalı olmaq bizə ağır gəlir. Özümüz isə fərqində olmadan nə qədər insanın belə olmasına səbəb olmuşuq. Bəlkə də onların bizim kimi standart olmaması bizi qıcıqlandırır. Onu deyim ki, autizm və asperger sindromundan əziyyət çəkən insanların müəyyən bacarıqları hədsiz inkişaf etmiş olur. Misal olaraq Stephen Wiltshireni (Autizmlidir) misal göstərmək olar. Helikopterlə bir dəfə şəhərə baxaraq şəhərin ağ -qara şəklini çəkir. (Sidney)

sydney_full

Beynimiz gördüyümüz, eşitidiyimiz, hiss etdiyimiz şeyləri hər zaman ümumiləşdirir. Məsələn hər hansı bir adamı görəndə, “bu adam qonşumuz Əkbər dayının Moskvadakı kürəkəninə çox oxşayır” kimi ifadələri demək olar ki, hamı işlədir. Ya da mən nə vaxtsa Cəlilabadlı birindən(misal üçün) pislik görmüşdüm. Vaxt ötdükcə Cəlilabad sözü mənim üçün mənfi bir şeylərin baş verdiyi yer anlamına gəlməyə başlayır. Bütün bunlar beynimizin ümumiləşdirməsindən başqa bir şey deyil. Özünü yüksək təbəqə sayanlar (ki çox zaman elə olmur) aşağı təbəqə hesab etdikləri insanlarla ünsiyyətdən qaçırlar. Onlar bu təbəqənin ümumiləşdirməsinə uyğun gəlmir. Autizmli insanlar da bizim ümumiləşdirməmizə, beynimzdə olan çərçivəyə uyğun gəlmir.

Bu münasibətlərin ən paradoksal tərəfi isə özümüzü də fərqli hesab etməyimizdir. Məsələn “mən şokoladı çox sevirəm” deyən adamları görmüsünüz yəgin ki. Bu adamlar şokolad yemənin xüsusilik olduğunu və özünə xas bir cəhət sayır. Əslində isə bu asılılıqdır. Bəli elə siqaret kimi və tək sizə özəl deyil. Günümüzdə fərqlənmək üçün elədiyimiz bir çox davranışlar əslində milyonlarla insanla eynilik təşkil edir. Parisə səyahət, Ayfonun yeni modelini almaq, netflixdə izlədiyiniz seriallar, instagramda paylaşdığınız şəkillərə kimi hamısı çox adamla eynidir. Di gəl ki, işin içinə mən girəndə bunu yalnız özümüz edirik yanılmasına qapılırıq. Üzünü gizlədəndə görünmədiyini düşünən uşaq kimi. Bütün bu etdiyimiz fəaliyyətlərlə özümüzə şəxsiyyət qazanmağa çalışmağımız, bunları paylaşmağa olan ehtiyacımız sayəsində bizə əslində lazım olmayan saysız-hesabsız şeylərlə özümüzü yükləmişik. İndi isə təkik. Mənimizi göstərmək üçün yalnız sosial mediamız var. Telefonumuzda yüzlərlə kontakt olsa da cəmi iki-üçü ilə hər gün əlaqə saxlaya danışa bilirik. Özümüzü tanımaq əvəzinə, özümüzə yad olan dəyərləri yeritməyə çalışmağımızla rəng qatdığımızı düşündüyümüz hıyatımız o şeylərin ani yox olması ilə bozardı. Hər şey bir anda yox oldu, nə vaxt geri gələcəyi ilə bağlı heç bir fikrimiz yoxdur. Bizdən fərqli olaraq utaizmli insanlar fərqlidir. Onların heç biri bir-birinə eyni xüsusiyyətlərdə deyil. Bəs bizim şəxsiyyət olaraq digərlərindən fərqimiz nədir?

Nəticə olaraq hal-hazırda özümüzlə təkik. Üzünə baxmağa bəzən halımız, bəzən isə həvəsimizın olmadığı ailəmizlə baş başayıq. Onlar kimdir? nə edir? Mən kiməm? Fərdi xüsusiyyətlərim nədir? Boz kütlədən məni ayıran nədir? Suallarını verməyin tam zamanıdır. Beyniniz bu suallardan qaçmaq üçün telefondan çıxmamağınıza çalışacaq.Evdə oturmağımıza əngəl olan bir səbəb də elə budur. Yoxsa kim istəməz divanın hər nöqtəsində yayxanıb film, xəbər izləməyi, istədiyin vaxtda durmağı, yatmağı. Məşğul olduğumuz vaxtlarda bizə bunların lazım olduğunu düşünürdük. Həqiqət isə tamam fərqlidir. Bizim kimi, Autizmli insanlar kimi, fiziki əngəlli insanlar kimi… Ancaq fürsət varkən bunu indi edin. Son nəfəsə qədər buna birdə şansınız olmaya bilər. #STOPSTIGMA #STOPDISCRIMINATION #AUTISM #CORONAVIRUS

Bir şərh yazın