Müasir dövrdə ən çox ehtiyac olan xidmət sahələrindən biri də “psixoloji ximdət”dır. Gərgin iş qrafiki, amansızlaşan sosial- iqtisadi münasibətlər fonunda insanların psixoloji xidmətə ehtiyacları günbəgün artmaqdadır. Psixoloji xidmət sahələrindən ən geniş yayılmış, daha çox müraciət olunan növü psixoterapiyadır. “Psixoterapiya”nı sadə dillə ifadə etməli olsaq, psixoloji müalicə prosesidir. Bu psixoloji müalicə prosesini isə “psixoterapevt” aparır.
Psixoterapiyaya müraciət edən şəxslərin çox olsa da, prosesdə iştirak etmək istəməyən və ya passiv iştirak edən xəstələrdə az deyil. Psixoloq və psixoterapevtləri çox düşündürən suallardan biri də bununla bağlıdır. Onlara necə bir yanaşma tərzi seçməliyik ki, prosesi arzuolunan sonluqla yekunlaşdıra bilək. Bunun üçün aşağıdakı araşdırmamı sizlərə təqdim edirəm.
“Çətin xəstə/kliyent” nə deməkdir? Bir xəstəyə çətin dediyimizdə, psixoterapevtlərin onlarla işləyərkən çətinlik yaşaması nəzərdə tutulur.
- Çətin xəstələr terapevti narahat edən, xəyal qırıqlığına uğradan, həvəsdən salan, uğursuz hiss etdirən şəxslərdir.
Çətin xəstələr terapiyada nəticə verməyən xəstələrdir
Terapiyaya maraqlı olmayan pasiyentlərlə ünsiyyət xüsusiyyətləri
- Çoxlu sayda uğursuz terapiya
- Yüksək intihar riski
- Yüksək şiddət riski
- Yüksək maddə qəbulu riski
- Yüksək hüquqi sanksiya riski
Xəstələrin reaksiyaları
- Geri çəkilmə – qarşılıqlı əlaqəni rədd etmə
- Passivlik
- Manipulyasiya – aldadıcı və dürüst olmayan münasibət
- Aqressivlik
- Şiddət – özünə, başqalarına və əşyalara zərərverici fiziki hərəkətlər
Terapiyaya zəif cavab verən xəstələrin xüsusiyyətləri
- Xəstəliyin ağırlığı
- Davam edən terapiyanın 6 aydan çox çəkməsi
- Öncəki terapiyada mənfi nəticə
- İkidən çox terapiya görməsi
- Əlavə psixopatologiyalar
- Həyat stresinə dözümsüzlük
Əlavə təsir edən göstəricilər
- Problemin həyatı boyu sürməsi
- Terapiyaya uyğunlaşmamaqda davam etməsi
- Xəstənin öz davranışlarının çevrəsinə təsirindən xəbərsiz olması
- Terapevtin xəstənin dəyişmək üçün motivasiyasının olmadığını düşünməsi
- Problemin xəstəyə təbii görünməsi “Bu mənəm”
Bir xəstəni çətin edən faktorlar
- Diaqnozda dilemma (ikilik) olması
- Mənfi proqnoz
- Problem çoxluğu
- Məcburi iştirak
- İrəliləyişin olmaması
- Xəstənin rol oynaması və ya aldatmağa çalışması
- Yaxın təhlükənin olması
- Mədəniyyətlərarası fərqlər
- Etik prinsiplərin qarşıdurması
- Düzgün sərhədin müəyyən olunmaması
- Xəstənin maddi durumunun yaxşı olmaması
- Xəstənin gözləntilərinin yüksək olmaması
Psixoterapevtdən asılı olan problemlər
- Psixoterapevtin professional bacarıqlarının yetərli olmaması
- Psixoterapevtin şəxsiyyətindən qaynaqlanan problemlər
- Uyuşmayan gözləntilər
- Xəstənin yönləndirilməsi və koordinasiyası ilə bağlı problemlər
- Fiziki olaraq təhlükəli xəstə
- Qanuni təhlükəli xəstə (hüquqi)
Çətin xəstələrlə necə davranmalı?
- Problemli stuasiyanın müəyyənləşdirilməsi
- Gözləntilərini dəyərləndirmək
- Bacarıq səviyyəsini dəyərləndirmək
- Baş verəcək təhlükələri dəyərləndirmək
- Təhlükəni azaldacaq seçimləri dəyərləndirmək
- Xəstə ilə davam etmək və ya göndərmək haqqında qərar vermək
Çətin xəstələrə yardım
- Dərman müdaxiləsi
- Məlumatlandırıcı müdaxilə
- Üzləşdirici müdaxilə
- Katatonik müdaxilə
- Dəstəkləyici müdaxilə