Bu gün biz hələ gənc dövlət sayılırıq. Müstəqilliklə bərabər eyni zamanda sosial-iqtisadi rejimimiz də tamamilə dəyişdi. Rəssama, müəllimə, fəhləyə, məmura eyni gözlə baxan bir sistemdən hər şeyə, hər sənət sahibinə fərdi şəkildə yanaşmağımızı tələb edən sistemi özümümüzə tətbiq etməyə çalışırıq. Bir yandan hər şeyi əllə etməyə öyrəşmiş adamlar artıq paltarını maşınla yuyur, məktubu vaxt gözləmədən anında bir toxunuşla özü də limitsiz olaraq göndərir, artıq uzaqdakı tanışları ilə istədiyi vaxt görüntülü zəngləşə bilir. Bu səbədən insanların asudə vaxtı çoxaldı. Təbii ki, buna alışmamış olmağımız və uzun müddət sosialist rejimi tərəfindən robotlar şəklində istismar edilməyimiz, bu boş vaxtı necə gəldi plansız və bir o qədərdə mənasız xərclənməsinə gətirib çıxardı. Bu xərclər hələ də davam etməkdədir.
Digər tərəfdən tamamilə nəzarət altına alınmış, nəfəsi belə rejim üçün alan insanlar bu rahatlığı sərhədsiz olaraq dəyərləndirdilər. Artıq hamının işlərinə rahatca burnunu soxa bilər, insanların ruh halını bilmədən hiss etdiklərini dəyərləndirmədən onlara mənfi qiymət verən bir sürü halına dönüşməkdəyik. Bunun ən ağır zərbələrini də normal olaraq uşaqlar və gənc nəsil alır. Əksər ailələrdə uşaqlar nəfəsli robotlar olaraq yetişdirilməkdədir. Uşağın yeyəcəyi yeməkdən tutmuş oynayacağı dostu, geyəcəyi paltara qədər valideyn qərar verir. Özü də uşağın fikri soruşulmadan. Daha sonra uşağın seçəcəyi peşəyə də valideynlər müdaxilə edir və 60% tələbə öz istədiyi sahə üzrə deyil tamam başqa sahə üzrə təhsil alır. Peşəsini sevməyən insanların bu peşəni öyrənmə səviyyəsidə çox aşağı olduğundan bu da daha sonra qeyri-peşəkar kadrların ortaya çıxmasına səbəb olur. Bununla da kifayətlənməyən valideynlər daha sonra ailə quracağı şəxsə qədər, daha sonra nəvələrinə verəcəyi adlara qədər özləri qərar verirlər. Belə olan təqdirdə heç bir məqsəd bacarıq və prinsipləri olmayan biolojik yaşam sürən insanlar cəmiyyətə sürətlə yayılmağa başlayır.
Bununla bərabər isə hər gün inkişaf etməyi tələb edən cəmiyyətdə həmin bu uşaqların yüksək yer tutmalarını tələb edənlərdə elə valideynlərdir. Uşaqlıqdan öz xəyal dünyasına toxunmayan özü haqqında heç bir qayğı və planı olmayan, fabrik məhsulu ailədəki bu münasibəti cəmiyyətdə görməyəndə boşluğa düşür. İndiyə qədər heç bir iş görmədiyi üçün danlanmayan adam cüzi bir tənqiddən təsirlənir, cəmiyyətdən soyumağa başlayır. Çünki cəmiyyət ondan mübarizə tələb edir, halbuki ailədə hər şey əksinə idi. Nəticə olaraqda həmin adamlar günahı həmişə başqasında axtaran, özünütənqid haqda düşüncəsi belə olmayan, öz mənfəətini güdən eqoistlər yığınına çevrilir. Buda cəmiyyətdəki münasibətlərdə disbalans yaradır. Yenə ailəsinə döndüyündə, evdə eyni münasibəti görür və cəmiyyətdən qaçmaq üçün bəhanələr axtarır, özünə qapanır, özünə inamı aşağı düşür.
Problemin həlli istiqamətində ilk öncə yaş, cins, irq, sosial statusundan asılı olmayaraq insanlara fərdi yanaşmaq daha doğru və etik olar. Çünki biz öz azadlığımızı və sərbəstliyimizi düşünürüksə, başqalarının bu haqqını yemək heç bir məntiqə sığmır. Dünya tək bizdən ibarət deyil. Övladlar da valideynlərin bir kopyası deyil. Onlar bizim kimi tam hüquqlu vətəndaşdırlar. Onların hisslərini, xəyallarını, arzu və istəklərinə təcavüz etmək, onları dəyişdirməyə çalışmaq cinayətdir. Ortalığa heç bir amalı olmayan bir şəxs bəxş edirik. Halbuki bizim əsas vətəndaşlıq borcumuz, cəmiyyətə sağlam bir şəxsiiyət yetişdirməkdir. Bu yazıda əsas yükü valideynlər üzərinə yükədik. Cəmiyyəti formalaşdıran ailələrdir, ailələri də valideynlər formalaşdırır. Ailə tək anadan ibarət deyil. Ailəni iki normal düşüncəli şəxs qurubsa, deməli, ordakı rollar da ikisi arasında bərabər bölünməlidir. Ona görə də bu məsələdə əsas yük valideynlərin üzərinə düşür. Uşaqlarımıza məktəbdə qiymət aldığı üçün, univeristetdə oxuduğu üçün yox sırf övladımız olduğu üçün qiymət verək. Ona özünü aktullaşdırması üçün şans verək. Buna onun həm mənəvi, həmdə hüquqi haqqı var. Çünki o bizim övldımız olsada bizim özümüz deyil, ona görədə özü ilə bağlı qərarlarda onun da istək və fikirləri nəzərə alınmalı, daha sonrakı yaşlarda bizim məsləhətlərimizə diqqət yetirməsi üçün şərait yaratmış olarıq. Öz şəxsiyyətinə hörmət görən hər bir adam digərlərinə də bunu qaytarmalı olduğunu yaxşı bilir. Belə yetişən insanların sosial problemləri nisbətən az olur, özlərini rahatlıqla ifadə edə bilirlər. Çətin olan şəraiti bir də bir-birimiz üçün dözülməz həddə çatdırmayaq. Özümüzlə bərabər ətrafdakıları da sevməyimiz diləyi ilə…