İlqar Kamil – Anam üçün

Bir yol təsəvvür edin,elə bir yol olsun ki, xoşbəxtlik yalnız yolun sonunda deyil, özündə də olsun ;yolun özü də xoşbəxt etsun sizi, yolun özü də sevimli olsun, maraqlı olsun, ürəyə yatımlı olsun…

Bu gündən etibarən oxuğum kitablar haqqında olan fikir və təhlillərimi də blogda paylaşacam. “Anam üçün” romanını 1 ay əvvəl oxumuşdum. Bununla bağlı fikirlərimi facebookda paylaşmışdım. Artıq indidən sonra oxuduğum kitabları burada paylaşmağı düşünürəm.
Çox maraqlı bir kitabın da sonuna gəldim. Bu əsərdə məni ilk başda oxumağa sövq edən mədrəsə təhsili görmüş bir psixoloqdan bəhs etməsi oldu. Çünki özüm də eyni yolu keçmişəm. Gəlim kitabın içində olan bəzi fikirlərə münasibətimə;
– Məncə balıqlar dənizdən alır qoxunu, necəki hər birimizdə allahın izləri olduğu kimi balığında yetişib var olmağının səbəbkarı dənizdir. Nəticə də balıqlar susuz yaşamır axı.
– Allahı tanımaq üçün ətrafımıza baxmaq yetərli məncə, hər şeyin bir sonu olduğunu və bizimdə belə bir ölüm adlı sonumuz olduğunu dərk edəndə insan heçnədən qorxmur. Verən odursa almasına etiraz etməyə haqqımız yoxdur. Bu arada ölümümlə bağlı çoxlu və çılğınca fantaziyalarım var
– Bəli xoşbəxtlik o qədər də çətin deyil məncə, biz öz həyatımızı çətinləşdiririk, yersiz qüsurlar, sabah edərəm fikri həmişə bizi eqoistləşdirməklə bərabər bu günki xoşbəxtliyimizi də bizdən oğurlayır. Düşünmədən stəkan qırar kimi insanların qəlbini qırır, və bunu bərpa etmək üçün heç bir addım atmırıq. Sanki belə də olmalı idi. Sonra da niyə məhz mən deyə üsyan edirik .
– Kitabın düşüb qalxan tempi məni kitaba bağlayan ən başlıca nüanslardan oldu. Çox ağır olmasına baxmayaraq arada gülməli məqamlarda adam gülməmiş dayana bilmir “Gəvəzə sindromu” kimi
– Diqqətimi çəkən daha bir şey dəccal və təpəgöz oldu. Onları bilirdim sadəcə olaraq bu aspektdən yanaşmamışdım. Hər iki gözlə baxmaq kifayət deyil məncə, hər iki gözlə görmək daha vacibdir.
– İstisnalar həmişə var, həmdə bu istisnaların varlığı mənə görə qanunların, prinsiplərin bir hissəsidir mənim üçün.
– Sevgi məsələləri bəli məncə də planla olmur, mən bunu sevəcəm deyə bilmir adam, bir zaman kiminsə üçün darıxdığını, nələrinsə tamamlanmalı olduğunu hiss edirsən. Bu arada xanımlar və bəylər kriteriyalar məsələsini boş verin, yada gözləyin qəbrinizə gələcəklər.
– Yay əziyyətdir mənim üçün, soyuğu sevirəm, ama soyuqluğu yox. Birinci həmişə var və həyatın bir parçasıdır. Ama soyuqluğu insanlar edir , çox vaxtda süni şəkildə.
– O kövrək hicrətdən məndə nəsibimi almışam, doğulduğum kənd başqa, mədrəsə oxuduğum şəhər başqa, tələbə olduğum şəhər başqa, indi işlədiyim şəhərsə tam başqadır. Bu biraz adamı qəribləşdirir həqiqətən.
– İnam məsələsində müəllimlə razıyam, istəməsən heç nəyə inana bilməzsən və də kimsə səni buna məcbur edə bilməz. Ama bu biraz da stuasiyaya bağlı bir şeydır.
– İlk öncə ritualları nəyə görə etməyimizə baxmalıyıq. Fikrimcə rituallar durumumuzu yenidən dəyərləndirmək, gün ərzində olan sifətlərimizlə üz-üzə gəlmək, insan olduğumuzu xatırlamaq, əzmimizi qorumaq üçündür. Burda ən karlı tərəf yenə insanın özüdür.
– Mənimdə Binyamin kimi fırtınalı vaxtlarım oldu, arada yenə də qara küləklər əsir, ama fırtına bitdi artıq. Əlbəttəki şübhələrə rəğmən inanmağın sayəsində. Beynimdə olan sualları cavablandırıram. Və hər dəfə yenilərlə qarşılaşıram ama inamla gedirəm, axtarıram və tapıram!
– Açığı əsərin sonunda xoşbəxt sonluğu başqa cürə təsəvvür edirdim, yəni tipik xoşbəxt son!Ancaq əsərdə olan son daha ibrətamiz oldu. Yazıçı təxəyyülü bizə sona qədər çoxlu sürprizlər etdi. Hər kəs öz qərarlarından məsuldur. Buna görə ondan başqa heç kim buna cavabdeh deyil, zamanı gəldiyində iztirablarına da qatlanmalıdır.
– Müasir Azərbaycan Ədəbiyyatında belə gözəl əsər olduğu üçün çox xoşbəxtəm. Bravo Təşəkkürlər İlqar Kamil Var olun

Bir şərh yazın